USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 284 sahibkar müraciət edib

Yanvar ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” vasitəsilə 284 sahibkar müraciət edib.

ASAN Radio xəbər verir ki, Səhmdar Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsilə abonentlərə göstərdiyi xidmətlər artıq bütün regionları əhatə edir. Elə bu səbəbdəndir ki, yanvar ayı ərzində ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə daxil olan müraciətlərin sayı əvvəlki aylarla müqayisədə artıb. “Azərişıq” ASC-nin göstərdiyi 10 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq fəaliyyəti ilə bağlı elektrik şəbəkəsinə qoşulma xidmətində prosedurların sadələşdirilməsi, eyni zamanda, məişət abonentlərinə işıq çəkilməsinin ölkənin bütün “ASAN xidmət” mərkəzlərini əhatə etməsi müraciətlərin sayına yaxşı mənada təsir edib.

Nəticədə “Azərişıq” ASC-yə yanvar ayında “ASAN xidmət və” “ASAN Kommunal” mərkəzləri vasitəsilə 284 sahibkar müraciət edərək elektrik şəbəkəsinə qoşulmaq istəyib. Eyni zamanda, 3041 abonent evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün “ASAN xidmət” mərkəzlərinə üz tutub.

Ümumilikdə isə yanvar ayında “Azərişıq” ASC-nin “ASAN xidmət” mərkəzləri vasitəsilə göstərdiyi 10 xidmət üzrə (əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması, əhali və qeyri-əhali abonentliyin bir addan başqa ada keçirilməsi, borcun araşdırılması, üzləşmə aktının əldə edilməsi, smart-kartın yenilənməsi, geniş tarixçə əldə edilməsi, sayğacın yoxladılması, smart-karta ödəniş edilməsi) 18 409 müraciət olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!