Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli ümumrespublika müşavirəsi keçirilib.
ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də prezident seçkilərinin keçiriləcəyini bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı Prezident İlham Əliyevin bu seçkilərdə namizədliyini irəli sürüb. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə olunub. Bu reallıqlar Prezident İlham Əliyevin siyasi reytinqini daha da artırıb. Ə.Əhmədov qeyd edib ki, qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər növbəti yeddi ildə özünün və ailəsinin firavanlığına səs verəcəklər. Əhalinin sosial rifahının yaxşılaşdırılması, ölkəmizin daha da qüdrətlənməsi Prezident İlham Əliyevin siyasətinin əsas prioritetləridir.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!