USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan gəncləri və idmançılarının namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib

Bu gün prezident seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib.

ASAN Radionu məlumatına görə, tədbirin əvvəlində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Daha sonra Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmi nümayiş olunub.

Toplantının moderatoru Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış edərək ölkədə gənclərə və idmançılara göstərilən diqqət və qayğıdan danışıb. O qeyd edib ki, həmişə olduğu kimi, Azərbaycan gənclərinin namizədi Prezident İlham Əliyevdir.

Çıxış edən Azərbaycanın tanınmış yunan-Roma güləşçisi, Rio Olimpiya Oyunlarının bürünc medal mükafatçısı Rəsul Çunayev idmanda qazandığı uğurlardan danışıb. R.Çunayev qeyd edib ki, onun bu uğurlarının səbəbi Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqətin nəticəsidir:

“Qazandığım uğurların tək səbəbi var və bu da cənab Prezident İlham Əliyevin gənclərə və idmançılara olan diqqət və qayğısının nəticəsidir. Mənim kimi minlərlə gənc var ki, böyük uğurlar əldə edirlər, Azərbaycanın himnini beynəlxalq arenalarda səsləndirirlər. Bu uğurların davamlı olması üçün hamımız İlham Əliyevə səs verəcəyik”.

Azərbaycanın tanınmış futbolçusu Mahir Mədətov da idman sahəsində qazanılan uğurlardan, idmançılara göstərilən diqqət və qayğıdan söz açıb. Futbolçu qeyd edib ki, Prezident İlham Əliyev həmişə idmançılara böyük diqqət göstərib. İdmançılar adından Prezident İlham Əliyevə təşəkkürünü bildirən M.Mədətov gəncləri və idmançıları Azərbaycanın hərtərəfli inkişafı naminə İlham Əliyevə səs verməyə çağırıb.

Sonra Azərbaycanın hər iqtisadi regionundan bir gəncə söz verilib. Gənclər regionların inkişafından, sahibkarlığa göstərilən dəstəkdən və yaradılan şəraitdən danışıblar. Tədbirdə Azərbaycanda gənclərlə bağlı həyata keçirilən xüsusi dövlət proqramlarından da söz açılıb.

Çıxış edən bütün iştirakçılar region gənclərinin prezident seçkilərində fəal iştirak edəcəklərini və İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!