USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ümumdünya Hökumət Sammitində Azərbaycan brendi olan “ASAN xidmət” tanıdılır

Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun himayəsi altında VI illik Ümumdünya Hökumət Sammiti keçirilir.

ASAN Radio xəbər verir ki, “Gələcək hökumətlərin proqnozlaşdırılması” şüarı altında keçirilən sammitin işində dörd mindən çox qonaq iştirak edir. Onların arasında dünyanın 140 ölkəsindən olan hökumət başçıları və nazirlər, görkəmli ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, həmçinin bir sıra aparıcı beynəlxalq təşkilatların nümayəndələri var.

Sammitdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov iştirak edirlər.

Açılış mərasimində Şeyx Məhəmməd bin Rəşid Al Məktum çıxış edərək sammitin əhəmiyyətindən danışıb. Bildirib ki, sammitdə dünyanın 140 ölkəsindən, 16 nüfuzlu beynəlxalq təşkilatdan və aparıcı şirkətlərdən nümayəndələrin iştirakı bütün bəşəriyyətin xeyrinədir.

Sammitdə müxtəlif ölkələrin dövlət rəsmiləri və nüfuzlu ekspertlər global iqtisadi problemləri, Yaxın Şərqdə gedən hərbi-siyasi prosesləri, regionun sosial-iqtisadi durumunun beynəlxalq aləmə təsirini, habelə son elmi-texniki kəşfləri, sosial innovasiyalar sahəsində nailiyyətləri və təcrübə mübadilələri kimi mövzuları müzakirə edirlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin siyasi kursuna uyğun olaraq Azərbaycanda müasirləşmə siyasəti uğurla həyata keçirilir və ölkəmizdə idarəetmə müasir tələblərə uyğun qurulur. Onun sözlərinə görə, Azərbaycan artıq dünyaya idarəetmə sahəsində öz brendini təqdim edir. Bunlardan biri də “ASAN xidmət”dir. Bugünkü tədbirdə iştirakımızın məqsədi də müasir çağırışların, elektron hökumət proqramlarının, data texnologiyaları sahəsində yeni trendlərin perspektivlərini öyrənmək, həmçinin “ASAN xidmət”in də bu tələblərə uyğun gələcək fəaliyyətini qurmaqdır.

Fevralın 11-dən 13-dək keçirilən tədbirdə informasiya texnologiyaları ilə bağlı müasir çağırışlar və idarəetmə sistemində innovativ trendlərin tətbiqi, hökumətlərin və dövlət idarələrinin fəaliyyətinin təkmilləşdirilməsinə dair məsələlər müzakirə olunur. Sammitdə, həmçinin iqtisadiyyat, maliyyə, təhsil, səhiyyə, gənclər, texnologiyaların və innovasiyaların inkişafı, elmin gələcəyi, kosmik proqramlar, davamlı inkişaf, dövlət xidmətlərinin təkmilləşdirilməsi məsələləri, o cümlədən də insanların həyatı ilə bilavasitə bağlı və dünyanın bütün ölkələrində cəmiyyətin müxtəlif seqmentləri üçün maraq doğuran bir sıra başqa mövzular müzakirə edilir.

Azərbaycan rəsmiləri sammit çərçivəsində Misirin planlaşdırma və inzibati islahatlar naziri Hala əl-Saed və Monteneqronun dövlət idarəçilik naziri Suzana Pribiloviçlə keçirdikləri görüşlərdə “ASAN xidmət”in 6 illik fəaliyyəti barədə danışıb, mərkəzin operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində kreativ yanaşmanın formalaşdırılmasına xidmət etdiyini bildiriblər. Mütəxəssislər innovativ yeniliklərin təkmilləşdirilməsi və sosial-iqtisadi xidmətlərdə perspektivləri müzakirə ediblər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!