USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi barədə qərar veriləcək

Yaxın günlərdə Nazirlər Kabineti Bakı şəhərinin “Sovetski” məhəlləsində köçürmə prosesinin ikinci mərhələsinin başlanması barədə qərar verəcək.

ASAN Radionun məlumatına görə, bunu Yasamal rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş toplantıda rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov deyib. O bildirib ki, Prezident İlham Əliyev tərəfindən “Sovetski” adlanan ərazidəki istifadəyə yararsız evlərin satın alınması işlərinin davam etdirilməsi məqsədilə 2018-ci ildə “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satın alınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib.

İH başçısı nəzərə çatdırıb ki, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınması, onların sökülərək ərazinin təmizlənməsi qarşıya qoyulmuş başlıca vəzifələrdən biridir: “Artıq bu məqsədlə vəsait ayrılıb, qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqsədilə tenderlər keçirilib. Yaxın günlərdə ərazidə köçürmə tədbirlərinin başlanması ilə əlaqədar Nazirlər Kabinetinin yeni qərarı gözlənilir”.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, “Sovetski” ərazisində Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar söküntüyə məruz qalmış Hacı Cavad məscidinin Mətbuat prospektində daha münasib və mükəmməl layihə əsasında yeni binası inşa olunur. Tikinti işləri artıq başa çatdırılıb, hazırda tərtibat işləri icra olunur, məscidin yaxın zamanda dindarların istifadəsinə verilməsi nəzərdə tutulur: “Mədəniyyət və Turizm Nazirliyi xətti ilə rayonda daha bir məsciddə – İmam Hüseyn məscidində əsaslı təmir işləri aparılır, yaxın gələcəkdə paytaxtımızı daha bir dini tarixi memarlıq abidəsi bəzəyəcək”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!