21/02/2018 05:47

Valyuta USD EUR RUB TRY
Kurs 1.7001 2.1060 0.0301 0.4519


Dövlət xidmətləri

Murad Dadaşov Sumqayıt “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib


13.02.2018   11:37


“Könüllü məşhurlar” layihəsinin növbəti qonağı əməkdar artist, tanınmış teleaparıcı, aktyor, “Bakılı Oğlanlar” şən və hazırcavablar klubunun üzvü Murad Dadaşov olub. Murad Dadaşov Sumqayıt “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərib, ərizə masasında vətəndaşların ərizə və anketlərini doldurub, növbə aparatında vətəndaşlara növbə verib, hazır sənəd pəncərələrində vətəndaşlara xidmət göstərib, sorğu götürüb, Yaşıl ASAN, ASAN məktub, Əsgərə Məktub layihələrinə dəstək olub.

Bütün fəaliyyətləri nəzərə alınaraq Murad Əli oğlu Dadaşov 10 fevral 2018-ci il tarixində Sumqayıt regional “ASAN xidmət” mərkəzində “Könüllü məşhurlar” layihəsi çərçivəsində könüllü olaraq vətəndaşlara xidmət və vətəndaş axınının idarə olunması sahələri üzrə fəaliyyət göstərdiyi üçün 1-ci dərəcəli ŞƏHADƏTNAMƏ ilə təltif olunub.




Xəbər lenti

20 Fevral











ASAN Radio telefonunuzda
Facebook