USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq
Beynəlxalq Muğam Mərkəzində “Ezop” nümayiş olunub

Fevralın 12- də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (“Sabah” qrupu) -aktyor sənəti ixtisası üzrə təhsil alan IV kurs tələbələri tərəfindən Gilyerme Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub. 

ASAN Radio xəbər verir ki, tamaşa, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" adlı birgə layihəsi çərçivəsində reallaşıb.

1915-ci ildə Braziliyada doğulan Gilyerme Fiqeyredo yaradıcılığına 1940-cı ildən teatr və ədəbiyyat tənqidçisi kimi başlayıb.1948- ci ildə ilk pyesini-“Ledi Qodiva”komediyasını və “Ümumi tətil” dramını, 1952- ci ildə o  özünün ən məhşur əsəri “Ezop” komediyasını  yazmışdır.

Onun  bir çox pyesləri qədim yunan mifləri və süjetləri əsasındadır. Ezop məşhur yunan şairidir. O,bizim eramızdan əvvəl VII əsrdə yaşamışdır.

Tamaşanın quruluşçu rejissoru,Xalq artisti Cənnət Səlimova,  musiqisi isə Cahangir Zülfüqarovundur. Anşlaqla keçən səhnə əsərində Ezop obrazını - Hilal Dəmirov, Kleyanı-Sevgin Rzayeva, Ksanfı-Corc Qafarov, Melitanı - Könül  Ələkbərova, Kapitanı –Orxan İsgəndərli, Həbəşi -Məhəmməd Musayev canlandırıb. 

Əsərin obrazlarını  canlandıran tələbə-aktyorların ifası, aydın səhnə danışığı, geyimləri, əsərin məzmununa uyğun qurulan səhnə dekoru tamaşaçılar tərəfindən maraqla və alqışla qarşılandı.

Fevralın 16- da Beynəlxalq Muğam Mərkəzində Aşıq musiqi axşamları çərçivəsində Ələsgərin saz-söz dünyası adlı konsert keçiriləcək.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət”mərkəzlərindən və iticket.az (online) saytından əldə etmək olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio