USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb

Azərbaycanda dünyada ilk dəfə onlayn vahid ixrac ərizəsi yaradılıb.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, bununla bağlı fevralın 14-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən təqdimat mərasimində "Azexport" portalının meneceri Zaur Qardaşov yeni sistem haqqında ətraflı məlumat verib. Bildirilib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı vasitəsilə həyata keçirəcək. Sahibkarlar vahid ixrac ərizəsini onlayn qaydada doldurmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. "Yeni sistemin işə salınması ixrac prosedurlarının icrasında məmur-sahibkar təmasını minimuma endirəcək, sənədlərin icra müddətini bir neçə dəfə azaldacaq, bölgələrdəki sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq", - deyə Z.Qardaşov diqqətə çatdırıb.

Qeyd edək ki, ixracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanında nəzərdə tutulub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!