USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan QHT-lərinin üzvləri Prezident seçkiləri ilə bağlı müraciət qəbul ediblər

Fevralın 14-də Bakıda qeyri-hökumət təşkilatlarının ümumrespublika konfransı keçirilib.

ASAN Radio xəbər verir ki, konfransı açan Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. O qeyd edib ki, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində beynəlxalq arenada nüfuzu artan Azərbaycan söz sahibinə çevrilib. Bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilmir. Bu da Azərbaycanın beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrilməsindən xəbər verir.

Qeyd edilib ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində əsas yeri əhalinin sosial rifahının yaxşılaşdırılması, vətəndaş cəmiyyətinin inkişafı tutur. Vətəndaş cəmiyyətinin üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri yüksək qiymətləndirirlər və bundan sonra da respublikamızın inkişafı istiqamətində atılacaq hər addımda dövlətimizin başçısını dəstəkləyəcəklər.

Konfransda çıxış edən müxtəlif qeyri-hökumət təşkilatlarının rəhbərləri aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.

Sonda Azərbaycan qeyri-hökumət təşkilatlarının ümumrespublika konfransı nümayəndələrinin prezident seçkiləri ilə bağlı müraciəti qəbul edilib.

Müraciətdə ümumrespublika konfransının nümayəndələri vətəndaşlarımızı aprelin 11-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə, Azərbaycanın işıqlı sabahı, xalqımızın gələcək rifahı naminə İlham Əliyevə səs verməyə çağırırlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!