USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
E.Məmmədyarov: Aİ ilə əməkdaşlıq Bakının Moskva ilə münasibətlərinə təsir göstərməyəcək

"Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi bu ilin birinci rübünün sonuna və ya ikinci rübünün əvvəlinə planlaşdırılır".

ASAN Radionun məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"yə müsahibəsində deyib. O bildirib ki, bu sənəd Aİ ilə Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafı üçün çərçivə rolunu oynayacaq: “Sənəd siyasi, iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdə tutur”. 

Nazir Aİ ilə Azərbaycan arasında viza məsələsinə də toxunaraq deyib ki, hazırda bu məsələ viza rejiminin sadələşdirilməsi və readmissiya sazişinə görə tənzimlənir: “Biz hesab edirik ki, bu saziş əsasında əldə edilmiş nailiyyətlər viza rejiminin liberallaşdırılması sahəsində də yeni imkanlar açır”.

E. Məmmədyarov qeyd edib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlıq Rusiya ilə dostluq əlaqələrinə təsir etmir: “Bizim hər hansı əməkdaşlıq layihəsində iştirakımız digər tərəfdaşların maraqlarına zidd ola bilməz. Belə bir məqsəd və ya niyyət yoxdur. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq Avropa İtifaqı ilə əlaqələrə təsir etmədiyi kimi, Aİ ilə də əlaqələrimiz Rusiya ilə Azərbaycan arasında strateji əhəmiyyət daşıyan dostluq münasibətlərinə təsir etmir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!