USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident Gürcüstanın Baş nazirinin birinci müavini ilə görüşüb - YENİLƏNİB

Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirdi. Prezident İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.

“Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir. Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını deyib.

Dmitri Kumsişvili vurğulayıb ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər. Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir.

Dövlətimizin başçısı Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!