USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açılıb

Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisinin açılışı olub.

ASAN Radio xəbər verir ki, sərgi Xalça Muzeyi ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinxua başda olmaqla, səfirliyin əməkdaşları, ölkəmizdə akkreditə olunmuş bir sıra səfirlər və səfirliklərin nümayəndələri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları. ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər. 

Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, Çin təqviminə əsasən 2018-ci ilin fevralında it ili qədəm qoyur. Buna görə də layihə çərçivəsində təşkil olunan sərgi bu heyvanın təsvir olunduğu eksponatları əhatə edir. Sərgidə təqdim olunmuş xalçaların bir neçəsi muzeyin fondundan ilk dəfədir çıxarılır. “Bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. Hər iki xalqın mədəniyyətində it obrazı insanı pis ruhlardan qoruyan müdafiəçi mənasını daşıyır”, - deyə muzeyin direktoru nəzərə çatdırdı. Şirin Məlikova ümid etdiyini bildirdi ki, Cin səfirliyi ilə muzeyin əməkdaşlığı bundan sonra da davamlı olacaq və bu layihə iki ölkənin muzeyləri arasında əlaqələrin qurulmasına təkan verəcək. “Bundan sonra da yeni layihələrin həyata keçirilməsinə, əlaqələrimizin genişlənməsinə əminəm. Mədəniyyət və incəsənət xalqları, ölkələri birləşdirən ən gözəl vasitədir”, - deyə Şirin Məlikova vurğulayıb. 

Tədbirdə çıxış edən Çinin ölkəmizdəki səfiri Vey Cinxua sərginin təşkilinə görə təşəkkür etdi və burada iştirakından məmnun olduğunu dedi. O, bildirdi ki, bütün münasibətlər xalqlar arasında olan əlaqələr müstəvisində inkişaf edir. “Bu sərgi iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirəcək, möhkəmləndirəcək. Bir neçə gün sonra Çin xalqı it ilini qarşılayacaq. Xoşbəxtlik, uğur və ümid ifadə edən Çin Yeni ili bütün xalqı bir araya gətirir. Novruz bayramı azərbaycanlılara əziz olduğu kimi, bu bayram da Çin xalqına əzizdir.”, - deyə diplomat qeyd edib.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev belə bir layihənin Xalça Muzeyində reallaşdırılmasını yüksək qiymətləndirərək, bu işdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Xatırladaq ki, Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi fevral ayının 28-nə qədər davam edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!