19/09/2018 05:09

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


ASAN xəbər

Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq


15.02.2018   17:31


Mart ayında bayramlarla əlaqədar 8 gün qeyri-iş günü olacaq.

ASAN Radionun APA-ya istinadla verdiyi məlumatına görə, 8 Mart - Qadınlar günü iş günü hesab edilmir.

Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Qərara əsasən, beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.




Xəbər lenti

18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook