USD - 1.7 EUR - 1.9322 RUB - 0.0256 TRY - 0.3173 DAHA ÇOX
SON DƏQİQƏ
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb Elmar Məmmədyarov moldovalı həmkarı ilə görüşüb Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
N.Arpadarai: Azərbaycan Formula-1 yarışlarından 277 milyon ABŞ dolları gəlir götürüb

“PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən Formula-1 yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, Formula-1 yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon ABŞ dolları gəlir gətirib.

ASAN Radio xəbər verir ki, bu sözləri fevralın 15-də təşkil olunan brifinqdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, hesabat Bakıda 2016-cı ilin iyununda baş tutmuş ilk Formula-1 yarışından bu günədək olan müddətdə Qran-Priyə ev sahibliyinin şəhərimizə faydalarının iqtisadi qiymətləndirilməsini əks etdirir. Hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsində Formula-1 ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, kənd təsərrüfatı, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.

“Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur. Bakıda keçirilən iki Qran-Pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz bu sektorun payına düşür. Bu dövrdə birbaşa gəlirlər ümumilikdə 164,2 milyon dollar təşkil edib. Bu rəqəmə Formula-1 ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran və nəqliyyat istiqamətləri üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir”, - deyə Nigar Arpadarai diqqətə çatdırıb.

BŞH-nin departament rəhbəri deyib ki, indiyədək Bakıda keçirilmiş iki Qran-Pri ərəfəsində dolayı gəlirlər 113,1 milyon dollar təşkil edib. Şəhərin turizm sektoru 14,9 milyon dollarla ən çox gəlir gətirən sahə olub. Hesabatda qeyd olunmuş dolayı gəlirlərə Bakıda keçirilmiş Qran-Pri yarışlarının təşkilati işlərində birbaşa yer alan təchizatçı şirkətləri məhsul və xidmətlərlə təmin edən şirkətlərin və digər əlaqədar biznes qurumlarının əldə etdiyi gəlirlər daxildir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio