USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Aİ təmsilçisi: “ASAN və ABAD Azərbaycanın çox yaxşı brendidir”

“ABAD və ASAN xidmətlər Azərbaycanın yeni müsbət simasını göstərir”.

ASAN Radionun məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Məlumat təhlili və kiçik biznesin inkişafı təşəbbüsünü (ABAD) gücləndirmək üçün ASAN-a dəstək” layihəsinin bağlanış mərasimində deyib. O bildirib ki, Aİ bu layihəyə dəstək verdiyi üçün çox məmnundur: “Bu layihələr Azərbaycanın çox yaxşı brendidir. Layihələr davam edəcək və insanların xidmətlərə daha asan çatmasına yol açacaq. Biz bu gün layihəni başa çatdırırıq, lakin ABAD-a dəstəyimiz UNDP çərçivəsində davam edəcək”. 

Səfir xatırladıb ki, hazırda Azərbaycan və Aİ yeni saziş üzərində işləyir: “Azərbaycanla Aİ arasında əlaqələr yeni mərhələyə daxil olub. Sazişlər və layihələrlə tərəflər arasında münasibətlər üst səviyyəyə çıxarılıb”.

Daha sonra çıxış edən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov nəzərə çatdırıb ki, Azərbaycan sosial, iqtisadi, inzibati sahələrdə genişmiqyaslı islahatlar həyata keçirilir və 5 il bundan qabaq bu islahatların tərkib hissəsi kimi “ASAN Xidmət” yaranıb: “ASAN Xidmət dövlət xidmətlərinin göstərilməsində yeni yanaşma gətirdi. Xidmətlər üst səviyyəyə qalxdı. İndiyədək 20 milyon Azərbaycan vətəndaşına xidmət göstərilib. Məmnuniyyət səviyyəsi 98-100 faiz arasında dəyişir. ASAN artıq dünyada Azərbaycan brendi kimi tanınır”.

İ. Kərimov deyib ki, ABAD yeni məhsul kimi “ASAN Xidmət”in tərəfdaşlığı ilə icra edilir: “Bu, vətəndaşlarımızın həyatının asanlaşdırılmasına, abadlaşdırılmasına aparan addım oldu. Məqsəd kiçik və orta sahibkarlığın inkişafına dəstək olmaq və regionlarda fəaliyyət göstərən ailə bizneslərinin inkişafına təkan verməkdir. Bir il ərzinsə 203 ailə ABAD-a qoşulub. ABAD dayanıqlı inkişaf modelidir. Bu, bütün dünya üçün faydalı model olacaq".

Daha sonra çıxış edən ABAD-ın direktoru Rüfət Elçiyev bildirib ki, Bakıda və regionlarda olmaqla, ABAD-ın 6 satış mərkəzi fəaliyyət göstərir. Onun sözlərinə görə, Aİ-nin ABAD-a dəstək layihəsi 2016-cı ilin oktyabrından başlayıb.

Qeyd edək ki, Aİ-nin layihəsinin ABAD-la bağlı hissəsinin rəhbəri Stiven Omulandır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!