USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
AÇ-2020-nin maskotu təqdim olundu Apreldən müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq Sabah hava necə olacaq? Türkmənistan qazı Avropaya Azərbaycandan ixrac ediləcək - Tramp dəstəkləyib
Formula-1 Qran-Prisi günlərində pilotlar azarkeşləri gəzdirəcəklər

Formula-1-in “Liberty Media”dan olan sahibləri çempionatı azarkeşlərə daha yaxın etmək arzusundan dəfələrlə söz açıblar. Onlar tədricən sözdən işə keçirlər. Bu gün “Pirelli Hot Laps” proqramı elan olunub. Bu proqram çərçivəsində tamaşaçılar və dəvət olunmuş “ulduzlar” yarışlarda istirahət günləri zamanı trasda sürücülərdən biri ilə sərnişin kimi gəzə bilərlər.

ASAN Radio “F1News.ru” saytına istinadla xəbər verir ki, Qran-Pri çərçivəsində nümunəvi çıxışlar on trasda təşkil olunacaq. Onlardan birincisi Bəhreyndə olacaq, digərləri isə sonra elan ediləcək. Artıq azarkeşləri gəzdirəcək avtomobillər - “McLaren 720S” və “Aston Martin Vantage” də məlumdur. Sürücülərə gəlincə, onlar Fernando Alonso, Stoffel Vandorn, Mika Hakkinen, Lando Norris, Daniel Rikkardo və Maks Ferstappen kimi məşhur pilotlardır. Təşkilatçılar gələcəkdə digər avtomobil istehsalçılarının və sürücülərin də bu proqrama qoşulacaqlarını vəd edirlər.

Formula-1-in kommersiya direktoru Şon Bratçes deyib: “Pirelli Hot Laps” proqramı azarkeşlərə yarış trasında avtomobil sürmək təcrübəsi əldə etməyə imkan verəcək. Yarış iştirakçısı ilə birlikdə əfsanəvi traslardan birində arzularının avtomobilində yüksək sürətlə getmək unikal bir şansdır.

Biz azarkeşlərin marağının hər şeydən öndə olmasına can atırıq və bu proqram həmin istiqamətdəki işimizin daha bir nümunəsidir. Bu, həmçinin bizim Pirelli və Formula-1 komandaları kimi tərəfdaşlarımıza kömək göstərmək imkanlarımızı nümayiş etdirir”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio