USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Sabahdan Bayıldakı sürüşmə zonasında yaşayan 67 ailəyə kirayə haqları veriləcək

"Bayıl yamacındakı sürüşmə zonasında ilkin olaraq sənədlərini təqdim edən 67 ailəyə kirayə haqqı sabahdan ödəniləcək. Bu məbləğ ailə tərkibindən asılı olacaq”.

ASAN Radionun xəbərinə görə, bunu Bayıl yamacında yaşayan sakinlərlə görüş zamanı Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. RİH başçısı bildirib ki, kirayə haqqının məbləği minimum 260 manat təşkil edir: "Kirayə haqları, dağılmış 4 evin sahibinə veriləcək kompensasiyalar Nazirlər Kabinetinin normativ qərarı əsasında müəyyənləşdirilir. Kirayə haqları almaq üçün banklarda hesab açılacaq, vətəndaşlar şəxsiyyət vəsiqələrini təqdim etməklə həmin vəsaiti əldə edə biləcəklər. Hesab edirəm ki, kompensasiyanın məbləği normativlərə uyğundur”.

E. Əzizov qeyd edib ki, Bayıl yamacında təhlükəli zonada 98 ev yerləşir: "Onların 90 faizi 2000-ci illərə qədər tikilib. Həmin 98 evdən yalnız birinin sənədi var. Bütün məsələlər nəzarətdədir. Hər şey mütəxəssislərin rəyindən asılı olacaq. Elə ərazilər var ki, ordan sakinlər köçürülməlidir. Elə ərazilər də var ki, narahatlığa əsas yoxdur. Ərazi ilə bağlı qərar mütəxəssislərin rəyindən sonra veriləcək".

E. Əzizov sakinlərin hansı müddətdə kirayədə yaşayacaqlarının da mütəxəssis rəyindən sonra bilinəcəyini açıqlayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!