USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan silahlı qüvvələrinin geri aldığı torpaqların sahəsi açıqlanıb

Aprelin əvvəllərində gedən 4 günlük müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin geri aldığı torpaqların sahəsi açıqlanıb. “Şuşa” batalyonunun komandiri Jirayr Sefilyan Azərbaycan ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər, istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini deyib. Sefilyan deyib ki, itirilmiş mövqeləri geri qaytarmaq üçün çoxsaylı çağırışlara baxmayaraq, hakimiyyət buna məhəl qoymur. “Rejim bütün çağırışlara cavab olaraq deyir ki, bu mövqelərin strateji əhəmiyyəti yoxdur və söhbət cəmi 100-200 metrdən gedir. Bu yalandır, faktiki itkilər çoxdur”, - deyən Sefilyan, Ermənistan hakimiyyətini xalqa həqiqəti deməyə çağırıb.

Erməni səhra komandiri qeyd edib ki, tezliklə səfərbərlik elan etmək lazımdır. “Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”, - o bildirib.

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!