USD - 1.7 EUR - 1.9322 RUB - 0.0256 TRY - 0.3173 DAHA ÇOX
SON DƏQİQƏ
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb Elmar Məmmədyarov moldovalı həmkarı ilə görüşüb Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində dəyişikliklər edilib

Peşəkar Futbol Liqası (PFL) 2017/2018-ci illər mövsümünün təqvimində müəyyən dəyişikliklər edib.

ASAN Radioya PFL-ə istinadən məlumat verir ki, Azərbaycan milli komandasının mart toplanışı və yoxlama görüşləri, eləcə də 11 aprel prezident seçkiləri ilə əlaqədar olaraq Premyer Liqanın və Azərbaycan Kubokunun təqvimində bir sıra dəyişikliklər edilib.

Belə ki, Premyer Liqanın XIX turunun “Kəpəz” - “Qəbələ” və “Keşlə”- “Neftçi” matçları 9 mart 2018-ci il tarixdə, “Səbail” - “Sumqayıt” və “Qarabağ” - “Zirə” matçları isə 10 mart 2018-ci il tarixdə keçiriləcək.

Premyer Liqanın XX turunun “Keşlə” - “Qəbələ” matçı 13 mart 2018-ci il tarixdə, turun digər üç oyunu isə 14 mart 2018-ci il tarixdə reallaşacaq.

Bundan başqa, Azərbaycan Kubokunun ½ final mərhələsinin ilk oyunları 11 aprel 2018-ci il tarixdən 12 aprel 2018-ci il tarixə keçirilib.

Həmçinin Premyer Liqanın XXIII turunun “Zirə” - “Neftçi” matçı 14 aprel 2018-ci il tarixdən 15 aprel 2018-ci il tarixə keçirili.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio