19/09/2018 05:55

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


Mədəniyyət

Bakıda Novruz bayramı münasibətilə konsert təşkil ediləcək


20.02.2018   18:40


Heydər Əliyev Sarayı bayram tətili günlərində uşaqları maraqlı, musiqili və əyləncəli proqramla sevindirəcək. Martın 24-də Sarayın səhnəsində “Bayramlar gözəli, Novruz bayramı” adlı möhtəşəm bayram konserti təşkil ediləcək.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi, novruzun sevilən personajları Kosa və Keçəl, Bahar qızı şənliyin əsas simaları olacaqlar. Sevimli qəhrəmanlar uşaqlara Novruz bayramı, baharın gəlişi, çərşənbələr və digər adət-ənənələr haqda məlumat verəcək, müxtəlif oyunlar hazırlayacaqlar.

Bundan əlavə, uşaqlar Keçəl və Kosanın məzəli deyişmələrindən ibarət səhnəcikləri, rəqs kollektivlərinin ifasında milli və müasir rəqsləri, illüziya şousunu, musiqili qonaqların və ilk dəfə olaraq səhnədə kəndirbazın çıxışını izləyə biləcəklər.

Saat 13:00-da başlayacaq konsertin biletlərini Heydər Əliyev Sarayının kassasından, iticket.az saytından onlayn, şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.




Xəbər lenti

18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook