USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda Xocalı yürüşü keçiriləcək

“Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai Rayon İcra Hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda abadlaşdırılma işləri həyata keçirilir.

ASAN Radio xəbər verir ki, bu barədə İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov AzVision.az-a bildirib ki, Xocalı soyqrımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi parkda güllər əkilib.

“Parkın giriş hissəsinə, həmçinin, Xocalı və Yusif Səfərov küçələri boyunca yeni yaşıllıq örtüyünün salınması və gül kollarının əkilməsi üçün 100 mindən çox gül və bəzək kolu tədarük edilib. Hazırda müxtəlif idarə və müəssisələrdən insanlar, ümumtəhsil müəssisələrindən, bağçalardan uşaqlar gələrək abidəni ziyarət edirlər”.

P.Hüseyn bildirib ki, 26 fevral günü yürüş keçiriləcək. Xocalı abidəsi istiqamətində nəzərdə tutulan yürüş "AMAY" Ticarət Mərkəzi tərəfdən başlayacaq. 

Qeyd edək ki, Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımına həsr olunan “Vətən harayı” abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalısoyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!