USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vigenin: "ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsi ləğv olunmalıdır"

ATƏT PA-nın istefaya gedən Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin təklif və tövsiyələrlə çıxış edib.

ATƏT PA-nın Vyanadakı qış sessiyasında final hesabatı ilə çıxış edən keçmiş xüsusi nümayəndə bildirib ki, Cənubi Qafqazın 3 ölkəsi ilə “Cənubi Qafqaz” adı altında məşğul olmaq artıq ATƏT PA üçün məhsuldar deyil: “Dağlıq Qarabağ və ətraf rayonlarla əlaqəli bütün problem və məsələlər - Azərbaycan və Ermənistanla bağlı vəziyyət Gürcüstandakı vəziyyətdən tamamilə fərqlidir. Hər üç ölkə yanaşma və məqsədlərində də fərqlənir. ATƏT PA fərqlilikləri qəbul etməli, hazırki yanaşmanı dayandırmalı və münaqişələri individual olaraq hədəfə almalıdır”.

K. Vigenin qeyd edib ki, hazırkı vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi tamamilə formal xarakter daşıyır. Onun sözlərinə görə, xüsusi nümayəndənin fəaliyyəti bir sıra səbəblərdən çox məhduddur: “Bölgədəki şərait daha geniş dialoq və təşəbbüslər üçün imkan yaratmır. Bütün müvafiq iştirakçılar daha az təşəbbüsə malik, daha az aktivlik göstərən şəxsə üstünlük verirlər. Bölgədə əlaqələrə və münaqişə zonasını ziyarət etməyə tam icazə yoxdur və olmayacaq. Xüsusi nümayəndə üçün maliyyə dəstəyi yoxdur və onun bütün xərcləri təmsil etdiyi ölkə tərəfindən ödənilir. Buna görə də indiki vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi dondurulmalı, bu səlahiyyətlər ATƏT PA-nın vitse-prezidentinə verilməlidir. O, daha geniş mənada ATƏT zonasında həlli uzanan münaqişələrlə məşğul ola bilər”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!