19/09/2018 10:56

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


ASAN xəbər

Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri "ASAN xidmət"də


23.02.2018   10:55


Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs 22 fevral 2018-ci il tarixində 3 saylı Bakı "ASAN xidmət" mərkəzində olub. Bu barədə ASAN Radioya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsindən bildirilib.

Qonaqları Dövlət Agentliyinin sədri İnam Kərimov qəbul edib. Görüş çərçivəsində Azərbaycanın “ASAN xidmət” və “ABAD” təcrübələri barədə söhbət açılıb  və müvafiq sahələr üzrə iki ölkə arasındakı mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qonaqlara həmçinin "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.  Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 19 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 




Xəbər lenti

19 Sentyabr
18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook