USD - 1.7 EUR - 1.9322 RUB - 0.0256 TRY - 0.3173 DAHA ÇOX
SON DƏQİQƏ
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb Elmar Məmmədyarov moldovalı həmkarı ilə görüşüb Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
Litvada Xocalı faciəsinə həsr olunmuş fleşmob keçirilib - Video

Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi ilə Litva Azərbaycanlı Gənclər Təşkilatının fəal üzvləri Vilnüsün mərkəzində Neris çayının sahilində Xocalı soyqırımına həsr olunmuş fleşmob keçiriblər.

Səfirlikdən ASAN Radioya verilən məlumata görə, Vilnüs şəhər meriyasının xüsusi icazəsi ilə keçirilən tədbir şəhər sakinlərinin və qonaqlarının ən çox hərəkət etdiyi yerdə və meriyanın qarşısında baş tutub.

100 kv.m sahədə 2000 ədəddən çox xüsusi konstruksiyalı şamdan istifadə edilərək #KHOJALY hərfləri bütün gecə boyu yandırılıb.

Vilnüs və Kaunas universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə yanaşı litvalı gənclər də bu fleşmobun təşkilində fəallıq göstəriblər.

Bundan öncə Səfirliyin və Litva Qan Mərkəzinin təşkilatçılığı ilə Xocalı qurbanlarına həsr olunmuş qan vermə aksiyası keçirilib. Qan vermə aksiyasında diplomatlarla yanaşı, diaspor nümayəndələri, tələbələrimiz, litvalı gənclər iştirak ediblər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio