USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda tikinti şirkətlərində 70 nəfərin əmək müqaviləsi olmadan çalışdığı aşkarlanıb

Yanvar ayı ərzində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhəri üzrə ümumilikdə 10 tikinti obyekti olmaqla (“MVVL Verus Praedium” Mənzil Tikinti Kooperativi, “Babək-94” Müstəqil Kiçik Müəssisəsi, “TTF-A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Laura” Firması, “Kaspian Park” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Evian Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Piramida-F.R.” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ Gözəl Bakı” Mənzil-Tikinti Kooperativi, Xəlilov Azər Rəfail oğluna məxsus sair fərqi xidmətlərin göstərilməsi)  6 səyyar monitorinq həyata keçirilib.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının Katibliyindən ASAN Radioya verilən məlumata görə, tikinti obyektlərində keçirilmiş monitorinqlər zamanı 70 nəfər əmək müqaviləsi olmadan çalışan işçi aşkar edilib.

Yoxlama tədbirlərindən öncə həmin müəssisələrdə qüvvədə olan əmək müqavilələrinin sayı 791 olduğu halda, yoxlamadan sonra isə əmək müqavilələrinin sayı artaraq 975 olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!