USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət sahələri müəyyənləşdirilir

Azərbaycan prezidentinin 2017-ci il 13 noyabr tarixli fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun yaradılması nəzərdə tutulub.

ASAN Radioya Azərbaycan Qida Təhlükəsizliyindən verilən məlumata görə, nizamnaməsi və strukturu hazırlanmaqda olan institut qida məhsullarının təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmalar aparacaq. Bundan başqa, institut elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsi həyata keçirəcək, qida təhlükəsizliyi sahəsində normativ-texniki aktların layihələrini hazırlayacaq, qida məhsullarına dair beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqi, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətləri göstərəcək.

"Dünya praktikasında - Avropa ölkələrində, Amerikada həm dövlət səviyyəsində, həm də müstəqil olaraq analoji institutlar mövcuddur. Qida sahəsində xüsusilə elmi araşdırmaların aparılmasında bu institutların çox böyük əhəmiyyəti var. Beynəlxalq təcrübədən məlum olduğu kimi, belə institutların tədqiqatlarının mərkəzində, hər hansı qida məhsullarının insan orqanizminə təsiri üzrə çoxillik araşdırmalardan tutmuş, qablaşdırmalar, qida əlavələri, müxtəlif məhsulların inqrediyentlərinədək qida təhlükəsizliyinin bütün aspektlərinin öyrənilməsi durur, təcrübələr qoyulur, alınan nəticələr növbəti mərhələlərdə standart və tələblərin yaradılması üçün əsas və istinad rolu oynayır. Eləcə də təhlükəli qida məhsullarının insan orqanizmində yarada biləcəyi xəstəliklər, risklər öyrənilir, onların dərəcələri barədə məlumatlar verilir", - deyə məlumatda vurğulanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!