USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda bir ilk - Bakı üçün rəsmi şəhər kartı buraxılır

Bu gün Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb.

ASAN Radio xəbər verir ki, Memorandumu Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid imzalayıb.

M. Abbasov bildirib ki, BNA bu layihəni dəstəkləyir. "Çalışırıq ki, Agentlik hansı islahatlar aparıbsa, bundan sonra da həmin işlər davam etdirilsin. Yarandığı gündən Nəqliyyat Agentliyi Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarını layiqincə həyata keçirir, infrastruktur sahəsində islahatlar aparır. Nəqliyyatda nağdsız ödəniş sisteminə keçilib. Hazırda Bakıda 22 marşrut xətti üzrə 540 avtobusda "Bakı Kart" vasitəsilə nağdsız ödəniş həyata keçirilir".

Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev qeyd edib ki, bu layihənin əhəmiyyətli tərəfi odur ki, turizm sənayesinin bütün üzvləri bu prosesdə yaxından iştirak etməlidir: "Turizmin inkişafında yalnız dövlət deyil, biznes qurumları da çalışmalıdır. Turizm sahəsinin inkişafı ilə bağlı görüləcək xeyli işlər var. Bunlar arasında ən mühümü turistlərlə bağlı statistik məlumatların əldə olunmasıdır. Biz bu kart vasitəsilə turistlərin hansı obyektləri ziyarət etdiyini öyrənəcəyik və çatışmazlıqları aradan qaldıracağıq".

"PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid bildirib ki, növbəti bir neçə ay ərzində kart satışa çıxarılacaq: "Bu kart bir çox üstünlüklər təqdim edir. Kart o səbəbdən yaradılır ki, turistlər nəqliyyatdan istifadə edə bilsin, eləcə də muzeylərə girişdə, mağazalarda endirim qazansınlar. Biz bu layihə ilə həm də yerli əhali üçün dəyər yaratmağa çalışmışıq ki, onlar da endirimlərdən yararlana bilsinlər. Kartın maliyyələşməsini "Paşa Travel həyata keçirir".

Qeyd edək ki, "Baku Card", Azərbaycanda ilk və yeganə Bakı şəhərinin rəsmi şəhər kartıdır. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək.  Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. 24 saatlıq "Baku Card" 35 manat, 72 saatlıq "Baku Card" 60 manat və 1 həftəlik "Baku Card" 90 manata olacaq.  

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!