USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Elmar Məmmədyarov Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitov ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 13 may 2016-cı il tarixində Azərbaycan Respublikasında rəsmi səfərdə olan Bolqarıstan Respublikasının xarici işlər naziri Daniel Mitov ilə görüşüb. Bu barədə XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Bolqarıstan, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və onların inkişaf etdirilməsi yolları, iqtisadiyyat və enerji sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparıldı. İki dövlət arasında mövcud olan siyasi dialoq və qarşılıqlı etimadın yüksək səviyyəsindən məmnunluq ifadə edilib.

Azərbaycan və Bolqarıstan arasında mövcud ikitərəfli əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanaraq, bunun Azərbaycan-Avropa İttifaqı münasibətlərinə də müsbət təsir göstərdiyi qeyd olunub.

Bolqarıstanlı nazir ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib. O, irimiqyaslı enerji layihəsi hesab olunan Cənub Qaz dəhlizinin Avropa İttifaqı, xüsusilə də Bolqarıstan üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı məlumat verərək, ATƏT-in Minsk Qrupunun həmsədrləri də daxil olmaqla, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini və münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. Elmar Məmmədyarov 2 aprel tarixindən etibarən Ermənistanın qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinə qarşı törətdiyi təxribatları, o cümlədən artilleriya və digər ağır silahlardan istifadə etməsi haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!