USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib- YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasser Bouritanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, nazir Nasser Bourita Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin dövlətimizin başçısına salamlarını və Azərbaycan Respublikası Prezidentinə və ölkəmizə ən xoş arzularını çatdırıb. Nazir deyib: “Mərakeşin Kralı Əlahəzrət VI Məhəmməd Sizinlə olan çox yaxşı şəxsi münasibətlərini və ölkələrimiz arasında uğurla inkişaf edən əlaqələri yüksək qiymətləndirir”. Qonaq qeyd edib ki, ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ərəfəsində Mərakeş tərəfi, eyni zamanda, Mərakeşin mərhum Kralı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Kasablankada tarixi görüşünün keçirilməsinin 25 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərə hazırlaşır. Bu tarixi görüşü ölkələrimiz arasında çox yaxşı əlaqələrin qurulmasının əsası kimi dəyərləndirən Nasser Bourita bu gün Prezident İlham Əliyevlə Mərakeş Kralının bu yolu uğurla davam etdirdiklərini vurğulayıb. O, öz səfəri zamanı keçiriləcək birgə komissiyanın iclasının ikitərəfli münasibətlərin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Mərakeş Krallığının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri qeyd edib ki, ölkələrimiz beynəlxalq aləmdə həmrəylik nümayiş etdirir, Mərakeş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və öz növbəsində, Azərbaycanın da Mərakeşin ərazi bütövlüyünü müdafiə etdiyinə görə minnətdarlığını bildirir. Dünyada islamofobiyanın və radikalizmin gücləndiyini deyən nazir ölkələrimizin beynəlxalq səviyyədə İslam dəyərlərinin qorunması istiqamətində səylərinin gücləndirilməsinin önəmini qeyd edib.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm əsaslar üzərində uğurla inkişaf etdiyini bildirərək, bu münasibətlərin təməlinin xalqımızın ümummilli lideri Heydər Əliyev və Mərakeşin mərhum Kralı tərəfindən qoyulduğunu vurğulayıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik göstərdiyini deyən Prezident İlham Əliyev ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı sürətdə dəstəklənməsinin önəmini qeyd edib. Azərbaycanın İslam həmrəyliyi işinə öz töhfəsini verdiyini qeyd edən dövlətimizin başçısı Azərbaycanda multikulturalizmin və dini tolerantlığın hökm sürdüyünü, ölkəmizin bu istiqamətdə mötəbər beynəlxalq tədbirlərin, o cümlədən İslam Həmrəyliyi Oyunlarının, müxtəlif beynəlxalq sərgi və konfransların keçirildiyi bir məkana çevrildiyini vurğulayıb. Bu baxımdan İslam mədəniyyətinin qorunması ilə bağlı Azərbaycanın Avropada keçirdiyi təqdimatların, ISESCO tərəfindən Naxçıvanın bu il, Bakının isə bir neçə il bundan əvvəl İslam mədəniyyəti paytaxtı seçilməsinin önəmini qeyd edib. Bu gün Azərbaycan dünyada vüsət alan islamofobiyaya qarşı fəal mübarizə aparır və bu baxımdan ölkələrimiz beynəlxalq aləmdə eyni mövqe nümayiş etdirir.

İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi, bu baxımdan qarşılıqlı ticarətin artırılmasının, investisiya imkanlarının araşdırılmasının önəmli olduğunu bildirib.

Prezident İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!