USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qəbələ regional “ASAN xidmət” növbəti innovativ görüş keçirib

Qəbələ regional “ASAN xidmət” mərkəzi region gənclərinin və Mərkəz könüllülərinin inkişafı və maariflənməsi istiqamətində bir çox innovativ görüşlər keçirir. ASAN Radio xəbər verir ki, bunlardan biri 4 mart 2018-ci il tarixində Azərbaycanın detektiv yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru Çingiz Akif oğlu Abdullayevlə olub.

Öncə Qəbələ regional “ASAN xidmət” mərkəzinin direktoru Əbdül Əliyev yazıçı Çingiz Abdullayevi Qəbələ regional “ASAN xidmət” mərkəzi ilə yaxından tanış edib və dəvəti qəbul etdiyinə görə öz minnətdarlığını və xoş arzularını bildirib. O, belə görüşlərin silsilə şəklində keçirilməsinin gənclər üçün müsbət faydaları ola biləcəyini və onların maariflənməsi istiqamətində mühüm elementlərdən biri olduğunu vurğulayıb.

Görüş müəllif, çap məhsulu, oxucu və oxucu auditoriyası arasında mütaliə formatında keçirilib və bir çox əsərlər ətrafında müzakirələr aparılıb. Maraqlı keçən görüş auditoriyanın maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Görüşdən sonra Qəbələ şəhərində yerləşən ABAD sərgi-satış mağazası ilə də yaxından tanış olan qonaqlara Mərkəz direktoru Əbdul Əliyev tərəfindən ABAD məhsullarından hədiyyələr təqdim edilib.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!