USD - 1.7 EUR - 1.9322 RUB - 0.0256 TRY - 0.3173 DAHA ÇOX
SON DƏQİQƏ
Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edilib Azərbaycan Rusiyaya qəza ilə əlaqədar elektrik enerjisi ötürüb Elmar Məmmədyarov moldovalı həmkarı ilə görüşüb Bolqarıstanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edəcək Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib
Bakı Bulvarında Yelkənli qayıqların paradı təşkil edilib

Martın 5-i Azərbaycanda “Bədən Tərbiyəsi və İdman Günü”dür.

Bu tarix Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.

Azərbaycanda “Bədən Tərbiyəsi və İdman Günü”nün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.

Prezident İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinə rəhbər seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırılıb. Ölkəmizdə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli şəkildə həyata keçirilən tədbirlər, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən dövlət qayğısı tezliklə müsbət nəticəsini göstərib. Azərbaycanda idmanın inkişafını Olimpiya, Paralimpiya Oyunlarında qazanılan medalların sayından da açıq şəkildə görmək olar.

Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına, Formula – 1 Avropa Qran-prisi və 42-ci Ümumdünya Şahmat Olimpiadasına, IV İslam Həmrəyliyi Oyunlarına, qadın voleybolçular arasında Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edib.

Azərbaycanda bu gün uğurla inkişaf etməkdə olan idman növlərindən biri də Yelkənli İdman növüdür. Azərbaycan Yelkənli İdman Federasiyası (SFA) 2000-ci ildə rəsmi qeydiyyatdan keçib. Əsas məqsəd respublika əhalisi arasında yelkənli idmanı təbliğ və təşviq etmək, yüksək dərəcəli idmançıların hazırlanmasına şərait yaratmaq, respublika yarışlarını təşkil etməklə Yelkənli İdman növünə marağı artırmaq və bu idman növünün Azərbaycan Respublikasında inkişafına dəstək verməkdir. 

Respublikanın yığma komandasını hazırlayaraq, komandanın beynəlxalq yarışlarda iştirakını təmin etmək federasiyanın prioritet amallarından biridir. Beynəlxalq Yelkənli İdman Federasiyasının (ISAF) və Avropa Yelkənli İdman Federasiyasının (EUROSAF) üzvü olan Azərbaycan Yelkənli İdman Federasiyasının “Optimist” və “Lazer” sinifləri üzrə yelkənçiləri bir çox beynəlxalq yarışlarda müvəffəqiyyyətlə çıxış ediblər.

ASAN Radio xəbər verir ki, ölkəmizdə sevinclə qeyd edilən bir çox önəmli günlərdə olduğu kimi “Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar Yelkənli İdman Federasiyası tərəfindən Bakı Bulvarında Yelkənli qayıqların paradı təşkil edilib.

Yelkənli qayıqların paradı şəhər sakinləri və qonaqlar tərəfindən maraqla izlənilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio