USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Bir Günəş Altında" pyesi səhnələşdiriləcək

"Bir Günəş Altında"  "British Council" "Unlimited" proqramı çərçivəsində Azərbaycanda məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti dəstəkləməyə davam edir.  

British Council Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın SABAH Qrupu və Nizami Kino Mərkəzi ilə birlikdə "Bir Günəş Altında" pyesinin səhnələşdiriləcəyini qürurla elan edir.

ASAN Radio xəbər verir ki, tamaşanın premyerasında rolları Azərbaycan Mədəniyyət və İncəsənət Universitetindən olan fiziki imkanları məhdud olan və olmayan aktyorlar ifa edir.

"British Council"ın "Unlimited" proqramının tərkib hissəsi kimi həyata keçirilən bu layihə incəsənət fəaliyyəti ilə məşğul olan məhdud imkanlı insanların məkanlara, prodüserlərə və qərar qəbul edən məmurlara çıxışının təmin edilməsi və bu insanların inklüziv əsər yaratmaq və təqdim etmək bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onları dəstəkləyir.  Bu tamaşa fiziki imkanları məhdud olan və olmayan insanların birlikdə çalışıb çətinliklərə sinə gərməsi və inanılmaz cazibəyə malik incəsənət əsərləri yaratmasının bariz nümunəsidir.

Pyes teatrı sosial dəyişikliklər üçün alət kimi istifadə etməyə çalışan DOM teatrının təsisçisi və direktoru Tərlan Rəsulov və daima yeni ideyalar axtarışında olan britaniyalı forum-teatr mütəxəssisi, aktrisa və mühazirəçi Kərin Çapmanın rəhbərliyi altında tamaşaya qoyulur. 

"Bir Günəş Altında" tamaşası Bakının müxtəlif universitetlərində Azərbaycan dilində səhnələşdiriləcək. Tamaşanın premyerası 9 mart tarixində, saat 19:00-da Gənc Tamaşaçılar Teatrında baş tutacaq. Tamaşa ikinci dəfə 13 mart tarixində, saat 19:00-da Nizami Kino Mərkəzində səhnələşdiriləcək. Pyesin müəllifi azərbaycanlı yazıçı Lalə Əliyeva-Kliçkovadır. Pyes tamaşada baş rolu ifa edən motivator və bloqqer Murad Məmmədovun həyat hekayəsinə əsaslanır.

Tamaşada forum-teatr texnikaları istifadə ediləcək.  Bu o deməkdir ki, tamaşa sona çatdıqdan sonra "coker" (kart dəstində heç bir tərəfə məxsus olmayan kart) çıxış edir və auditoriyanı baş qəhrəmanların yerində olsaydılar, hansı seçim edəcəkləri haqqında düşünməyə sövq edir. 

Daha sonra tamaşaya yenidən start verilir və əvvəlki minvalla davam edir,  lakin bu dəfə auditoriyanın fəal üzvü (spect-actor) baş qəhrəmanın başqa cür hərəkət etməli olduğunu düşünərsə, tamaşanı dayandıra, onun yerini ala və ağlına gələn ideyanı sınaqdan keçirə bilər.  Proses bütün fikirlərin nəzərə alınması ilə yekun nəticənin əldə edilməsinə istiqamətlənib. 

"British Council"ın direktoru Elizabet Uayt bu haqda fikirlərini bildirib: "Bu, qeyri-adi insanların iştirakı ilə reallaşdırılacaq çox qeyri-adi və yaddaqalan bir tamaşa olacaq.  Əgər siz forum-teatra heç vaxt baxmamısınızsa, ya da belə bir tamaşada iştirak etməmisinizsə, lakin sizin insanların həyatında yaxşı istiqamətdə dəyişiklər etmək üçün gözəl ideyalarınız varsa, ya da məhdud imkanlı insanların yaratdığı incəsənətlə maraqlanırsınızsa, ya da sadəcə qeyri-adi, cəlbedici və unudulmaz bir sənət əsərinə tamaşa etmək istəyirsinizsə, "Bir Günəş Altında" tamaşasını qaçırmayın.

British Council Azərbaycan fürsətdən istifadə edib Azərbaycanın SABAH Qrupuna, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə və Nizami Kino Mərkəzinə dərin təşəkkürlərini bildirir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!