19/09/2018 05:08

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


İdmandasan

"Real" və "Liverpul" 1/4 finala çıxdı


07.03.2018   09:22


Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunlarına start verilib.

Günün əsas oyunu Parisdə keçirilib. “PSG” “Real”ı qəbul edib. Qarşılaşma “Real”ın 1:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla İspaniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu komandalar arasında ilk görüş madridlilərin 3:1 hesablı qələbəsi ilə başa çatmışdı. 

Günün digər matçı İngiltərədə keçirilib. Səfərdə rəqibini 5:0 hesabı ilə darmadağın edən “Liverpul” öz meydanında “Portu”nu məğlub edə bilməyib. “Liverpul” 0:0 hesablı bərabərliklə növbəti mərhələyə yüksəlib.




Xəbər lenti

18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook