USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
79 RİH başçısının müavini, 2 səfir, 200 diplomat, 61 hakim, 26 notarius qadındır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan qadınına Seçki Hüququ verilməsinin 100 illiyi” münasibəti ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş tədbir keçirib.

ASAN Radionun xəbərinə görə, əvvəlcə “Azərbaycan Xalq Cumhuriyyəti – dövründə qadınlar” adlı film nümayiş olunub.

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısı İlham Əliyevin qadınlara təbrik məktubu səsləndirib.

Azərbaycan elminin və mədəniyyətinin inkişafında, eləcə də ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına prezident təltifləri təqdim olunub.

Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, 23 ay yaşamasına baxmayaraq, demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanınması, hətta bir çox dünya ölkələrindən əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi Azərbaycan Xalq Cümhuriyyətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

H. Hüseynova bildirib ki, son 26 il ərzində Azərbaycan qadınları milli azadlıq hərəkatı, Qarabağ müharibəsi və dövlət quruculuğunda yaxından iştirak ediblər.

Onun sözlərinə görə, dövlət qulluğunda çalışanlar arasında qadınların çəkisi 29,2 faizdir: "79 rayon icra hakimiyyəti başçısının müavini, 2 səfir, 200 nəfər diplomat, 61 hakim, 26 notarius qadındır".

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov qeyd edib ki, 8 mart - Beynəlxalq Qadınlar Günü qadınlara nəzakət, sevgi və məhəbbəti tərənnüm edən bayramdır: "Dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da Qadınlar Günü böyük sevinc və fərəh hissi ilə qeyd olunur. Ulu öndər Heydər Əliyev istər sovet vaxtı, istərsə də müstəqillik zamanı Azərbaycana rəhbərlik edərkən ölkə sürətlə inkişaf edib. Ümummilli lider Azərbaycan qadınlarının qayğısına qalıb, onları dövlət və hökumət işlərində daima irəli çəkib. Heydər Əliyev hakimiyyətdə olmadığı zaman Azərbaycan qadınları övladlarını bu torpaq uğrunda şəhid verdilər. Bu gün Azərbaycan sürətlə inkişaf edir, çünki Azərbaycan prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqli şəkildə davam etdirir".

Daha sonra ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam etdirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!