21/06/2018 04:26

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9671 0.0267 0.3577


İdmandasan

Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı məlum olub


08.03.2018   10:08


Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki matç keçirilib. ASAN Radionun Apasport.az saytına istinadla verdiyi məlumatına görə, gecənin hər iki görüşü İngiltərədə baş tutub.

Premyer Liqada çempionluğa doğru inamla irəliləyən “Mançester Siti” “Bazel”lə qarşılaşıb. Cütün taleyi İsveçrədə həll olunduğundan bu qarşılaşma formal xarakter daşıyıb. Meydana əsasən, əvəzedicilərdən ibarət komanda çıxaran Xosep Qvardiola yekunda məğlub olsa da, mərhələni keçməyi bacarıb - 1:2.

“Tottenhem” isə çətin sınaqdan üzüağ çıxa bilməyib. ÇL-in son finalçısı “Yuventus”la qarşılaşan londonlular doğma meydan amili və səfərdə vurduqları iki qola rəğmən yekunda üzülməli olub. Alleqrinin komandası 2:1 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırıb.

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

7 mart

“Mançester Siti” (İngiltərə) – “Bazel” (İsveçrə) - 1:2

Qollar: Jesus, 8 - Elyunusi, 17, Lanq, 72

İlk oyun – 4:0

“Tottenhem” (İngiltərə) – “Yuventus” (İtaliya) - 1:2

Qollar: Son, 39 - İquayn, 63, Dibala, 65

İlk oyun - 2:2
















ASAN Radio telefonunuzda
Facebook