USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Gürcüstanın müdafiə naziri Levan İzorianı qəbul edib.

ASAN Radio xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında siyasi münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığımızın uzun illər müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb və Levan İzorianın Azərbaycana səfərinin bu sahədə əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Gürcüstanın müdafiə naziri Levan İzoria Gürcüstan xalqının dövlətimizin başçısına şəxsən hörmətini bir daha ifadə edərək ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafında Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Qonaq ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd etdi. Levan İzoria Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığına toxunaraq bunu regional sabitliyi möhkəmləndirən amil kimi dəyərləndirdi, üç ölkənin birgə hərbi təlimlərinin uğurla keçirildiyini bildirib.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi, energetika, nəqliyyat sahələrində uğurlu qarşılıqlı fəaliyyətin olduğunu bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi qlobal layihələrin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev, öz növbəsində, ölkəmizin Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!