USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Prezident seçkilərində ilk dəfə səs verəcək gənclərin sualları cavablandırılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Suraxanı Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “İlk dəfə səs verirəm” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Suraxanı Gənclər Evində təşkil edilən tədbirdə aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gənclər iştirak ediblər.

Tədbirdə Suraxanı Rayon Gənclər və İdman Baş İdarəsinin rəisi Amil Bağırov gənclərin cəmiyyətin inkişafındakı rolundan danışıb.

Suraxanı rayon 31 saylı seçki dairəsinin sədri İlham Bayramov məntəqələrdə seçkilərə hazırlıqla bağlı aparılan işlər barədə məlumat verib və gəncləri səsvermə günü fəal olmağa çağırıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu ölkəmizdə aparılan gənclər siyasətindən söz açıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ölkəmizdə gənclərə yaradılan şəraitdən danışıb və yeni nəslin nümayəndələrinin bu şəraitdən səmərəli şəkildə bəhrələndiklərini bildirib.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev tədbirin əhəmiyyətini qeyd edib. O, gənclərin seçki hüquqi ilə bağlı keçiriləcək maarifləndirici tədbirlərin coğrafiyasının genişləndirilməsi və bu fəaliyyətin Bilik Fondu ilə əlaqələndirilməsinin zəruriliyini vurğulayıb. İ.Vəliyev bildirib ki, beynəlxalq ekspertlər qüvvədə olan Seçki Məcəlləsinin Avropa standartlarına uyğun tərtib olunduğunu birmənalı şəkildə qeyd edirlər. Gənclər belə bir məcəllənin verdiyi imkanlardan maksimum yararlanmağa çalışmalı, seçkidə fəal iştirak etməli və nəticələrə kölgə salmaq istəyən qüvvələr olarsa, onların qarşısına fakt və dəlillərlə çıxmağa səy göstərməlidir.

Bilik Fondunun aparat rəhbəri deyib ki, nüfuzlu beynəlxalq təşkilatlar növbəti dəfə Azərbaycanda şəffaf və demokratik seçkilərin keçiriləcəyini indidən proqnozlaşdırıb, biz sadəcə bu proqnozun doğru olduğunu göstərməliyik.

Tədbirdə mühazirəçi qismində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyevin “Seçki qanunvericiliyi: hüquqlarımız və vəzifələrimiz” mövzusunda məruzəsi dinlənilib. O, seçki prosesində iştirak edəcək gənclərin hüquq və vəzifələrindən söhbət açıb. Məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsinin bir sıra müddəalarının mahiyyətini tədbir iştirakçılarına izah edib.

Qonaqlar ilk dəfə səs verəcək gənclərin suallarını cavablandırıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!