USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Yaponiya Baş nazirinin müşaviri “ADA” Universitetində tələbələrə mühazirə oxuyub

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində “ADA” Universitetində “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda tədbir keçirilib.

ASAN Radio xəbər verir ki, Bilik Fondu, Yaponiyanın ölkəmizdəki səfirliyi və “ADA” Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə universitetin prorektoru Fariz İsmayılzadə qonaqları tədbir iştirakçılarına təqdim edib. Prorektor Bilik Fondu ilə birgə maarifləndirici tədbirlərə başladıqlarını qeyd edərək, belə tədbirlərin cəmiyyətin maarifləndirilməsi baxımından yüksək əhəmiyyətə malik olduğunu deyib.

Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun "Azərbaycan elmi dünyada" və "Dünya elmi Azərbaycanda" layihələri haqqında, eləcə də fondun nəzdində fəaliyyət göstərən "Diplomatlar" klubu barədə danışıb.

R.Həsənov beynəlxalq əlaqələr sahəsində təhsil alan gəncləri kluba üzv olmağa dəvət edib və Azərbaycanın dünyada tanıdılması işinə onların töhfələr verəcəyinə inandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan gəncliyi elmi, savadı, intellektual səviyyəsi, dövlətçilik sevgisi ilə nümunəvi davranış sərgiləyir və belə münasibətin daha da inkişafı istiqamətində fond maraqlı layihələrə imza ata bilər.

Tədbirdə Yaponiya Baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri, Keyo Universitetinin professoru Tomohiko Taniquçi “Yapon diplomatiyası və geosiyasi maraqlar” mövzusunda mühazirə oxuyub.

Tomohiko Taniquçi ölkələrimiz arasındakı siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluğunu dilə gətirərək, bu kimi görüşlərin Yaponiya-Azərbaycan münasibətlərinin inkişafına təkan verəcəyini bildirib.

Professor qeyd edib ki, son illər ərzində Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər daha da dərinləşib. Müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat, sənaye sahələrində əməkdaşlıq inkişaf edir. Professor bildirib ki, qarşılıqlı elmi mübadilələrin davamlılığına ehtiyac var və konkret layihələr əsasında bu zərurətə cavab vermək mümkündür.

Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katorinin, universitetin müəllim və tələbə kollektivinin, Bilik Fondunda fəaliyyət göstərən klub üzvlərinin iştirak etdikləri tədbir dialoq formatında keçib. Qonaqlar iştirakçıların suallarını ətraflı cavablandırıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!