USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan jurnalistlərinin VII qurultayı başa çatıb - Yenilənib

Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilib.

APA-nın xəbərinə görə, qurultayda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin keçmiş üzvləri sədarəti təşkil ediblər. 3 nəfərdən ibarət Katiblik yaradılıb, 3 nəfərdən ibarət Mandat komissiyası, 5 nəfərdən ibarət Say komissiyası formalaşıb. Daha sonra qurultayın reqlament və gündəliyi təsdiqlənib. 

Mətbuat Şurası (MŞ) sədri Əflatun Amaşov hesabat – məruzə ilə çıxış edib.

O bildirib ki, ilk qurultaydan bu günə kimi Mətbuat Şurası mərhələli şəkildə inkişaf yolu keçib: “Medianın iqtisadı durumunun yaxşılaşdırılması, jurnalistlərin mənzil - məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət dəstəyi mövcuddur”.

MŞ sədri qeyd edib ki, ötən dövrdə Mətbuat Şurasının Şikayətlər Komissiyasında 932 şikayətindən 711-i araşdırılıb: “Şikayətlərdən 584-ü Komissiyada həllini tapıb. İdarə Heyətinin 134 qərarında isə Kütləvi İnformasiya Vasitələrinin peşə etikasına etinasızlıq etməsi göstərilib”.

Mətbuat Şurası tərəfindən prezident, parlament və bələdiyyə seçkilərində jurnalistlərin fəaliyyətinin monitorinqinin aparıldığını xatırladan Ə. Amaşov bildirib ki, Şuranın təşkilatçılığı ilə keçirilən tədbirlər cəmiyyətdə söz və mətbuat azadlığının dərinləşməsinə həsr olunub, Şurada xarici media orqanlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

“Ədalət” qəzetinin baş redaktoru, millət vəkili Aqil Abbas reket jurnalistlərinə qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini ifadə edib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da ölkəyə idxal olunan qəzet kağızı və qəzet məhsullarının üzərindən əlavə dəyər vergisindən götürülməsinin vacibliyi vurğulayıb. O əlavə edib ki, Mətbuat Şurası haqqında ayrıca qanun qəbul edilməlidir və Şura qanuna əsasən fəaliyyətini davam etdirməlidir.

Çıxışçılar Mətbuat Şurası sədrinin və Nəzarət – Təftiş Komissiyalarının hesabatlarını qənaətbəxş hesab ediblər.

Hesabatlar ətrafında müzakirələr aparılıb, Şuranın  sədri və İdarə Heyətinin yeni tərkibi seçilib.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib.

 

***

 

10:18

Bu gün Azərbaycan jurnalistlərinin VII qurultayı keçirilir.

ASAN Radionun xəbərinə görə, qurultay nümayəndələri qeydiyyatdan keçdikdən sonra Ali Məclis başlayıb. 

Qurultayda Azərbaycan Mətbuat Şurası (MŞ) sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək. 

Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin tərkibinin genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Təşkilat Komitəsinin qurultaya təklifində İdarə Heyətinin üzvlərinin sayının 17-dən 23-ə çatdırılması yer alır. Məsələ ilə əlaqədar qurultay iştirakçıları Şuranın Nizamnaməsində dəyişiklik aparılmasına münasibətlərini bildirəcəklər.

MŞ İdarə Heyətinə seçilmək üçün üzv təşkilatlar tərəfindən ən çox namizədliyi irəli sürülmüş 24 jurnalistdən, 18 ictimaiyyət nümayəndəsindən və 9 internet informasiya resursu təmsilçisindən ibarət 51 nəfərin adının yer aldığı vahid seçki bülleteni tərtib edilib.

Qurultay iştirakçıları Nizamnamə dəyişikliyini qəbul etsələr, Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Bundan başqa, İdarə Heyətinin 2 jurnalistdən, 2 ictimaiyyət nümayəndəsindən və 2 internet informasiya resursu təmsilçisindən ibarət ehtiyat üzvləri də seçiləcək. Nizamnamə dəyişikliyi qəbul olunmasa, İdarə Heyəti əvvəlki qaydada formalaşacaq.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edəcək. Şuranın İdarə Heyətinin tərkibi Təşkilat Komitəsi kimi fəaliyyət göstərdiyindən qurumun üzvləri də qurultay nümayəndəsi qismində təmsil olunacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!