USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ə.Amaşov: “Həbsdəki jurnalistlərin azadlığa buraxılması üçün ölkə başçısına müraciət olunmalıdır”

“Son 15 ildə Azərbaycan Mətbuat Şurasına edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub”. 

ASAN Radionun APA-ya istinadən verdiyi xəbərinə görə, bunu Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov hesabat çıxışı zamanı deyib. O bildirib ki, cəmiyyət və dövlətin Mətbuat Şuralarına etimadı dünyada qəbul edilən formuldur: “Məhz buna görə bəziləri bizi tənqid edir. Mətbuat Şurasını tənqid edənlər bizi daha çox dövlət məmurlarını müdafiə etməkdə, jurnalistlərə qarşı cəbhə açmaqda ittiham edirlər. Bu, yalandır”.

Ə. Amaşov Şura yaranmazdan əvvəl məhkəmələrdə jurnalistlərlə bağlı saysız - hesabsız işlərin olduğunu diqqətə çatdırıb: “Son 15 ildə bu problemlər həll olundu. Azərbaycan mediasına dövlət qayğısı mövcuddur. Düşünürəm ki, internet mediaya da dövlət dəstəyi göstərilməlidir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib, redaksiyaların maddi - texniki bazası möhkəmlənib. Növbəti dövrdə medianın reklam bazarının genişləndirilməsi hədəf olmalıdır. Bundan başqa, idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Buna görə də düşünürəm ki, qəzet kağızı və qəzet məhsullarının üzərindən ƏDV götürülməlidir”.

Mətbuat Şurasının sədri qeyd edib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!