21/05/2018 01:39

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0069 0.0273 0.3806


İdmandasan

Ufuk Budak yenidən Azərbaycan millisində


10.03.2018   12:42


Türkiyə PTT I liqasında “Samsunspor”un şərəfini qoruyan Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb. ASAN Radio Apasport.az saytına istinadla xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb.

28 yaşlı sol cinah müdafiəçisi martın 18-də “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq. O, martın 23-də paytaxtımızda Belarusla, 4 gün sonra Antalyada Makedoniya ilə yoxlama görüşlərində baş məşqçi Qurban Qurbanovun komandasında yer alacaq.

Qeyd edək ki, 2010-cu ildə U-21 yığmamızın şərəfini qoruyan futbolçu 1 il sonra əsas komandamıza dəvət alıb. Millimizdə 17 görüş keçirən Budak son illər yığmaya çağırılmırdı.




Xəbər lenti

19 May
18 May













ASAN Radio telefonunuzda
Facebook