21/06/2018 04:36

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9671 0.0267 0.3577


Havadasan

Qar örtüyünün hündürlüyü Şahdağda 38 sm olub - Faktiki hava


10.03.2018   13:05


Martın 9-u gündüzdən 10-u səhərədək müşahidə olunmuş faktiki hava xəbəri açıqlanıb.

ASAN Radio bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 09-u gündüzdən 10-u səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq rayonlarda  qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-10, Lənkəran-Astara zonasında 2-8, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 2-18, Qazax-Gəncə zonasında 1-10, Naxçıvan MR-da 4-12 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 38, Qırızda 12, Xınalıqda 4, Rvarudda 3, Kəlvəzdə 2 sm təşkil edib.

Şimal-qərb küləyi bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.
















ASAN Radio telefonunuzda
Facebook