19/09/2018 11:30

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9876 0.0249 0.2688


ASAN xəbər

Gürcüstanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib (YENİLƏNİB)


12.03.2018   12:12


Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

ASAN Radio xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

***

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfər edəcək.

ASAN Radio APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində G.Kvirikaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşü keçiriləcək.

Gürcüstanın hökumət başçısı azərbaycanlı həmkarı Artur Rəsizadə ilə də görüşəcək. Daha sonra iki ölkənin hökumət üzvləri arasında görüş baş tutacaq.




Xəbər lenti

19 Sentyabr
18 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook