USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan ilə ATƏT PA arasında əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb

Martın 12-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASAN Radio xəbər verir ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq, regional münaqişələrin həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin sədri deyib ki, müstəqil Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlığın inkişafına böyük önəm verir. İnkişaf edən Azərbaycan Avropa dəyərlərindən bəhrələnməklə yanaşı, vahid Avropa ailəsinə öz töhfəsini də verir.

Oqtay Əsədov Azərbaycanda həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.

ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycandakı inkişaf proseslərini yüksək dəyərləndirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!