22/05/2018 23:47

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0016 0.0276 0.3709


Mədəniyyət

Oleq Tabakov vəfat edib


12.03.2018   18:27


Rusiyanın məşhur kino aktyoru, keçmiş SSRİ-nin xalq artisti Oleq Tabakov vəfat edib.

ASAN Radionun APA-ya istinadən verdiyi xəbərə görə, uzun müddətdir komada olan aktyor bu gün dünyasını dəyişib. O, ötən ilin noyabrından xəstəxanada müalicə olunurdu. 

Oleq Tabakov 1935-ci ildə Saratovda doğulub. Orta məktəbi bitirdikdən sonra Moskva Bədii Teatrı nəzdindəki studiya-məktəbdə təhsil alıb. O, aktyorluqdan əlavə, rejissor və pedaqoq da olub. O. Tabakovun çəkildiyi əksər filmlər sovet kinematoqrafiyasının klassikasına çevrilib. Bu sırada "Baharın 17 anı", "Müharibə və sülh", "D'Artanyan və 3 muşketyor", "Oblomovun həyatından bir neçə gün" və digər filmləri qeyd etmək olar.  

O. Tabakov Çexov adına Moskva Bədii Teatrının direktoru idi.




Xəbər lenti

22 May













ASAN Radio telefonunuzda
Facebook