22/07/2018 14:24

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9828 0.0267 0.3529


Havadasan

Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb


13.03.2018   10:14


Qubanın Xınalıq kəndində qarın hündürlüyü 25 santimetrə çatıb.

ASAN Radio xəbər verir ki, martın 12-si gecə saatlarından başlayaraq yağan qar Azərbaycanın şimal rayonlarının dağlıq ərazilərində temperaturun mənfi 4-13 dərəcəyədək aşağı düşməsinə səbəb olub.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, ən aşağı temperatur (-13) Qubanın Qırız kəndində qeydə alınıb.

Quba və Qusar rayonlarının dağlıq ərazilərində qarın hündürlüyü 3-25 santimetrə çatır. Qusarın rayon mərkəzində qarın hündürlüyü 5, Xızının Altıağac qəsəbəsində isə 9 santimetr təşkil edir.

Qarın yağması şimal bölgəsinin dağlıq ərazilərinə gedən yollarda müəyyən çətinliklər yaratsa da, bütün istiqamətlərdə avtomobillərin hərəkəti təmin olunub.
















ASAN Radio telefonunuzda
Facebook