USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
“ASAN xidmət”dən yeni il üçün fərqli aksiya  Xarici valyutaların manata qarşı məzənnələri Ermənistandakı seçkilərin ilkin nəticələri Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib
Prezident İlham Əliyev Rumıniyanın Baş nazirinin müavinini qəbul edib- YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.

ASAN Radio xəbər verir ki, xanım Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından başsağlığı verdi.

Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirdi.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək VI Qlobal Bakı Forumunun önəmini qeyd edən xanım Ana Birçall forumda iştirakından məmnunluğunu bildirdi. O, 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğuladı.

Dövlətimizin başçısı 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini dedi.

Xanım Ana Birçall bildirdi ki, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır və bu istiqamətdə dəstəyini əsirgəməyəcək. Avropa üçün strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində Azərbaycanın mühüm rol oynadığını qeyd edən Ana Birçall bildirdi ki, Rumıniya Azərbaycanı regionda sabitliyə və təhlükəsizliyə töhfə verən ölkə kimi dəyərləndirir. O, ölkəsinin Azərbaycan ilə əməkdaşlıq əlaqələrini bütün sahələrdə bundan sonra da genişləndirmək əzmində olduğunu dedi və bu işdə hökumətlərarası komissiyanın mühüm rol oynayacağına əminliyini ifadə etdi.

Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin yüksək səviyyəyə çatdığı vurğulandı, ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığı və əməkdaşlığımızın böyük potensialının olduğu qeyd edildi.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyət daşıdığı bildirildi.

Görüşdə, həmçinin qarşılıqlı sərmayə qoyuluşu və hər iki ölkədən olan şirkətlərin bu sahədə fəaliyyətinin genişləndirilməsinin vacibliyi vurğulandı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio