USD - 1.7 EUR - 1.927 RUB - 0.0259 TRY - 0.3195 DAHA ÇOX
SON DƏQİQƏ
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub Prezident İlham Əliyev banqladeşli həmkarına başsağlığı verib Şəki regional “ASAN xidmət” mərkəzində miqrasiya sahəsindəki yeniliklər barədə məlumat verilib Maliyyə bazarlarında yoxlama aparılacaq - Qanun dəyişdi HHM bölmələrinin döyüş atışlı təlimləri keçirilib - VİDEO
Sabahın hava proqnozu- Sulu qar yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və şərq rayonlarında yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.

Martın 14-15-də Abşeron yarımadasında rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio