USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Metsamor AES-in nüvə tullantılarının Kür və Araz çaylarına axıdılması ehtimalı var

Metsamor AES-in nüvə tullantılarının Kür və Araz çaylarına axıdılması ehtimalı var.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor İslam Mustafayev bildirib.

Bu stansiyanın 4 ölkənin sərhədinin kəsişməsində yerləşdiyini deyən İ.Mustafayev qeyd edib ki, Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən isə 16 km aralıda yerləşir: "Orada yarana biləcək təhlükə bu ölkələrin hər birinə təsir göstərəcək. Amma Azərbaycana daha çox təsir göstərəcək. Çünki Ermənistan ərazisi bütövlükdə Kür-Araz hövzəsinə aiddir. Orada atılan, axıdılan istənilən tullantı bir necə müddətdən sonra bizim çaylarla axaraq Xəzərə gəlir. Bu, daha çox təhlükəlidir. Bu səbəblərdən təhlükənin qarşısı alınmalı və bu barədə daha geniş formada iş aparmaq üçün ictimai hərakat formalaşdırılmalıdır".

Metsamor AES-in istifadə müddətinin artıq bitdiyini deyən mütəxəssis qeyd edib ki, bu il ərzində MAQATE onun istismar müddətinin artırılması məsələsinə baxmalıdır.

İ.Mustafayev hesab edir ki, buna görə də bu stansiyanın fəaliyyətinin dayandırılması üçün ictimai rəy yaradılmalıdır.

Ekspert qeyd edib ki, Azərbaycana qonşu və yaxın olan ölkələrdə AES-lər tikilməkdədir: "Digər tərəfdən, həmin ərazilərdə fəaliyyəti dayandırılan reaktorlar da var. Azərbaycan ərazisi tikilən və sökülən reaktorların arasında yerləşir. Nüvə materialları qacaqmalçılığı üçün real şərait yaranıb. İşğal olunmuş ərazilərdə nüvə materialları qacaqmalçılığından istifadə etmək cəhdləri ola bilər. Amma son 12-15 ildə Azərbaycanda bu kimi təhlükələrin qarşısının alınması mqəsdilə müxtəlif layihələr həyata keçirilib, gömrük işçiləri üçün xüsusi təlimlər aparılıb, xüsusi avadanlıqlar alınaraq quraşdırılıb. Ölkədə hazırda bu məsələlərə xüsusi nəzarət həyata keçirilir. Azərbaycanın bu nəzarəti aparmağa potensialı çatır, amma ölkəmizin ərazisinin 20 faizi işğal altındadır. Bu da təbii ki, müəyyən problemlər yaradır. Həmin ərazilərdən müxtəlif məqsədlər üçün istifadə etmək imkanları ola bilər".

İ.Mustafayev deyib ki, MAQATE üzvü olan ölkələrdəki reaktorlara, onların tullantılarına ciddi nəzarət edilir: "Amma buna baxmayaraq, hər hansı mənfi halın baş verməməsi üçün Azərbaycan bütün mövcud imkanlardan istifadə etməli, bu imkanlarını daha da artırmalıdır".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!