USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırım ilə görüşüb - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə görüşüb. ASAN Radionun məlumatına görə, Prezident İ. Əliyev Türkiyə baş nazirinin Bakıya səfərinin çox uğurlu olacağına inandığını bildirib.

“Hörmətli cənab Baş nazir, mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz sizin səfərinizə böyük önəm veririk. Əminəm ki, səfər çox uğurlu olacaq və Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək. Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün biz siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qoyuluşu davam edir, daha da böyük rəqəmlərə çatacaq”, - deyə o vurğulayıb.

TANAP layihəsindən danışan İ. Əliyev qeyd edib ki, bu, tarixi layihədir və uğurla başa çatır, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq, eyni zamanda, bu layihədən faydalanan ölkələr üçün də yeni imkanlar açacaq: “Bu il TANAP layihəsinin istismara verilməsini biz birlikdə qeyd edəcəyik. Keçən il biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik və bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra bu, üçüncü tarixi layihəmizdir. Ölkələrimiz bu layihəni birlikdə icra edirlər. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya qitəsi üçün də böyük əhəmiyyət daşıyır. Biz bu gün bu və digər məsələləri müzakirə edəcəyik və Türkiyə ilə Azərbaycanın gələcək birgə fəaliyyəti haqqında danışacağıq”.

B. Yıldırım isə bunları deyib: “Sizin də ifadə etdiyiniz kimi, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Ölkələrimiz arasındakı münasibətlər gündən-günə daha da inkişaf edir. Həm Türkiyədə, həm də Azərbaycanda qarşılıqlı investisiyalarımız, ticarətimiz artır, turizm sahəsində əməkdaşlığımız inkişaf edir. Biz bununla kifayətlənmirik. Eyni zamanda, region ölkələrinin də inkişaf etməsi üçün Türkiyə və Azərbaycan olaraq birlikdə çalışırıq. Qafqaz regionunda Gürcüstanın, Azərbaycanın və Türkiyənin həyata keçirdiyi layihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft, TANAP, Bakı-Tbilisi-Ərzurum təbii qaz layihələri təkcə bizim ölkələri maraqlandıran layihələr deyil, eyni zamanda, Avropanı da maraqlandıran, enerji təhlükəsizliyini təmin edən layihələrdir. Uzaq Şərqdən, Orta Asiyadan Azərbaycan ərazisindən Türkiyəyə və Avropaya daşımaları təmin edəcək tarixi “İpək Yolu” - Bakı-Tbilisi-Qars layihəsi Sizin qətiyyətiniz və təşəbbüsünüzlə, cənab prezidentimizin də töhfəsi ilə reallaşdı. Vaxtilə bir xəyal olan bu layihə indi bölgəyə xidmət etməyə başlayıb və eyni zamanda, Naxçıvana da ciddi logistik dəstək verir. Bu gün qardaş və dost Azərbaycanda olmaqdan böyük məmnunluq duyuram. Bizə göstərdiyiniz səmimi münasibətə və qonaqpərvərliyə görə Sizə təşəkkür edirəm”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!